Dünyada ərzaq ucuzlaşır: Bəs Azərbaycanda neçə?

May ayında şəkər və ətin bahalaşmasına baxmayaraq, bitki yağları, dənli bitkilər və süd məhsullarının kəskin ucuzlaşması nəticəsində dünya ərzaq qiymətləri indeksi son iki ilin ən aşağı səviyyəsinə düşüb.

Dunyaxeber.org xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi, taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən dünya ərzaq qiymətləri indeksi aprel ayında yenidən hazırlanmış 127,7-dən may ayında 124,3-ə düşüb.

Aprel ayı ərzaq qiymətləri indeksi daha əvvəl 127,2 olaraq açıqlanmışdı.

May ayında dünya ərzaq qiymətləri indeksi 2022-ci ilin martında Rusiyanın Ukraynaya təcavüzü zamanı qeydə alınan tarixi maksimumdan 22% aşağıdır.   /Cebhe.info/