“Tərtər işi” üzrə 2018-ci ilin yanvarında həbs edilən daha bir hərbçiyə bəraət verilib.
Turkustan.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat yayıb.
O bildirib ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş hərbi qulluqçu, Masallı rayonunun Xallıcallı kənd sakini Şükürov Sədayıl Mikayıl oğlu azadlığa buraxılıb. /modern.az/