Rusiyanın Kosova oyunu: Vaqnerçilər də iştirak edir


Kosovada baş verən qarşıdurmalarda Rusiyanın “Vaqner” qrupunun muzdluları iştirak edir.

Turkustan.az xəbər verir ki, bunu Serbiyanın “Jovten” ictimai qrupunun sədri Çedomir Stoykoviç bildirib.

“Biz görürük ki, bu toqquşmalardakı serb əhalisi Rusiya bayraqlarından, “Z” və digər rus işarələrindən istifadə edir. Və onlar Rusiyanın yaxşı olduğunu qışqırırlar. Biz onu da bilirik ki, Rusiya Kosovada münaqişənin qızışdırılmasında böyük dərəcədə maraqlıdır”, – Stoykoviç qeyd edib.

Onun sözlərinə görə, Serbiyanın müəyyən hissəsində yaşayan adi serblər Rusiya təbliğatının güclü təsiri altındadır:

“Çünki oradakı cinayətkar qruplaşmanın içində “Vaqner” ilə çox yaxın əlaqəsi olan insanlar var və bu zorakılıqların, hücumların, toqquşmaların səbəbkarları da bu insanlardır”.   /axar.az/






Mənbə