Peskov Moskvaya PUA hücumundan danışdı

Moskvaya və Moskva vilayətinə PUA hücum Bazar günü rus ordusunun Kiyevdəki “qərar qəbuletmə mərkəzlərindən birinə” endirilən effektiv zərbələrə cavabdır.

Dunyaxeber.org xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsü vurğulayıb ki, pilotsuz təyyarələrin Moskvaya hücumu, eləcə də Rusiyanın digər regionlarının atəşə tutulması Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” zamanı qarşıya qoyulan məqsədlərə nail olmaq zərurətini təsdiqləyir.

Peskovun sözlərinə görə, Vladimir Putin dron hücumu ilə bağlı birbaşa məlumat alıb. (yenisabah.az)