Ermənilər Zəngəzuru niyə

“Zəngəzur dəhlizinin müzakirəsi Ermənistanın qırmızı xəttidir”.

Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

Qeyd edək ki, son günlər erməni rəsmilərinin oxşar məzmunlu açıqlamalarının sayı artıb.

Erməni tərəfi bu cür fikirlər səsləndirməklə nə əldə etmək istəyir?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın əsas iddiası İranla sərhədləri erməni sərhədçilərinin qorumasına nail olmaqdır.

Onun sözlərinə görə, bu kimi iddialarla Ermənistan Zəngəzur yolunda nəzarəti öz əlinə almağa çalışır:

“Əvvəl İran deyirdi, Zəngəzur bizim qırmızı xəttimizdir, indi də Ermənistan. Bunun nəyini qırmızı xətt elan edirlər? Ermənilər başqa vaxt deyir ki, blokada içində boğuluruq. Zəngəzur dəmiryolu xətti onları blokadadan çıxarır. Ömür boyu blokadada yaşamaq istəyirlərsə, yaşasınlar. Bu cür fikirlər səsləndirməklə, müəyyən şərtlər qoymağa çalışmaqla guya öz qiymətlərini qaldırırlar. Bu, erməni xislətidir. Mən əminəm ki, Ermənistanın əsas istəyi İranla sərhədə nəzarəti təmin etməkdir. Hazırda həm Türkiyə ilə, həm də İranla sərhəddi Rusiya sərhədçiləri qoruyur. Ermənistan suveren hüquqlarına qovuşmaqla Zəngəzur məsələsini öz xeyrinə həll etmək istəyir. Ancaq Rusiya istəyir ki, nəzarət öz əlində olsun. İndi nəzarət kimdə olsa, orada həmin ölkənin postu olacaq. Azərbaycan Laçın dəhlizində artıq nəzarət-buraxılış məntəqəsini qurub. O yoldan keçəcək sərnişin və yüklərə görə gömrük haqqı tələb olunacaq. Bir sözlə, əvvəl yolun açılmasına etiraz edən Ermənistan indi nəzarət məsələsinə köklənib”.   /bakupost.az/