ABŞ-da 1 yaşlı uşaq ögey anası tərəfindən xəstəxananın bağçasında dayanmış avtomobildə unudulub. Qadın 9 saat sonra maşınına qayıdarkən huşunu itirmiş uşaq xəstəxanaya aparılsa da, həyata davam gətirə bilməyib.
Dunyaxeber.org xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında baş verən hadisədə xəstəxanada işləyən ögey ana işə başlamazdan əvvəl park etdiyi avtomobildə 1 yaşlı uşağı unudub.
9 SAAT SONRA QAYITDI
9 saatdan sonra qadın işini tərk edərək maşınına qayıdaraq uşağı huşsuz vəziyyətdə tapıb. Xəstəxanaya çatdırılan uşağı bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.
“Bu, faciəvi hadisədir. Ümid edirik ki, havalar isindikcə oxşar hallar artmayacaq. Biz hamını sakitləşməyə və hərəkətə keçməzdən əvvəl iki dəfə düşünməyə dəvət edirik”, – Puyallup Polis Departamentindən Don Burbon bildirib.
Eltac/Turkustan.az