Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində, Zuğulba adlanan ərazidə çimərlik hasarlanır.
Turkustan.az xəbər verir ki, bu barədə Baku.ws-ə qəsəbə sakini məlumat verib.
İddiaya görə, çimərliyin hasarlanmasına mayın 25-i, gecə saat 00-dan etibarən başlanılıb.
Qeyd edək ki, ötən il ölkə prezidenti sözügedən ərazilərdə dəniz sahili boyunca qanunsuz tikililərin sökülməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar vermişdi. Nəticədə qanunsuz obyektlər və hasarlanmalar sökülmüşdü.