Paşinyan: İmzalanmağa hazır sülh müqaviləsi yoxdur


“İrəvan və Bakı arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur”.

Turkustan.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyovda sülh müqaviləsi imzalanmasının mümkünlüyü barədə danışarkən bildirib.

“Ermənistan tərəfi Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ Azərbaycandan cavab almayıb”, – o əlavə edib.

Paşinyanın sözlərinə görə, Moskvadakı üçtərəfli görüşdə Qarabağ və Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.  /modern.az/






Mənbə