Yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan faiz dərəcələrini aşağı saxlamaq siyasətinə sadiq qalacağı təqdirdə türk lirəsi 29 faiz ucuzlaşacaq.
Dunyaxeber.orgxəbər verir ki, belə bir proqnozla “Morgan Stanley” investisiya bankının analitikləri çıxış edib.
“Morgan Stanley” analitikləri hesab edir ki, dollar/TL kursu gözlənildiyindən daha tez 26 səviyyəsinə çata bilər. İnvestisiya bankı proqnozlaşdırır ki, faiz siyasətinin istiqamətində dəyişiklik olmazsa ilin sonuna qədər kurs hətta 28-ə yaxınlaşacaq.
Hazırda dollar/TL kursu 20-ni ötüb. Türkiyədə rəsmi dairələr ilin sonuna qədər məzənnənin 23 həddinə çatacağını proqnozlaşdırır. /Sfera.az/