Bakıda oğul atasını DÖYDÜ, qardaşı isə LENTƏ aldı – VİDEO

Xəzər rayonu Türkan qəsəbəsində döyülmə hadisəsi baş verib.

Qəsəbənin Sovxoz küçəsində yaşayan Ataxan Şəmsəddin oğlu İbrahimov ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahim oğlu İbrahimovu döyərək ona xəsarətlər yetirib.

Başından ciddi xəsarətlər alan atanın görüntülərini kiçik oğlu lentə alıb. 

Bizim.Media-nın təqdim etdiyi görüntülərdə kiçik qardaş böyüyün ünvanına nalayiq ifadələr səsləndirərək atasının döyülməsinə etiraz edib.

Qeyd edək ki, İbrahimovlar Türkan qəsəbəsində kriminal ailə kimi tanınır.