Xəzər rayonu Türkan qəsəbəsində döyülmə hadisəsi baş verib.
Qəsəbənin Sovxoz küçəsində yaşayan Ataxan Şəmsəddin oğlu İbrahimov ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahim oğlu İbrahimovu döyərək ona xəsarətlər yetirib.
Başından ciddi xəsarətlər alan atanın görüntülərini kiçik oğlu lentə alıb.
Bizim.Media-nın təqdim etdiyi görüntülərdə kiçik qardaş böyüyün ünvanına nalayiq ifadələr səsləndirərək atasının döyülməsinə etiraz edib.
Qeyd edək ki, İbrahimovlar Türkan qəsəbəsində kriminal ailə kimi tanınır.