Avtomobildə sıxışan ayı ipi ilə xilas edildi – VİDEO

ABŞ-ın Nevada ştatında polis girdiyi avtomobildən düşə bilməyən ayını qapının dəstəyinə paltar ipi bağlayaraq xilas edib.

ABŞ-ın Nevada ştatında meşəlik ərazidə ayı avtomobilə daxil olub. Vəziyyəti görən yerli sakin polisə xəbər verib.

Turkustan.az xəbər verir ki, əraziyə gələn polis, ayı hücum edəcəyi təqdirdə paltar ipindən istifadə edərək avtomobilin qapısını uzaqdan açıb.

Polis kəndiri avtomobilin qapısının dəstəyinə bağlayaraq oradan uzaqlaşıb. Polis kəndiri çəkib qapını açanda maşındakı ayı enərək ərazini tərk edib. Ayının avtomobilin içərisinə böyük ziyan vurduğu görülüb.

Meşəlik ərazilərdə nəqliyyat vasitələrinə yemək buraxmamaq barədə xəbərdarlıq edilib.

Eltac/Turkustan.az