Arı zəhəri xərçəng hüceyrələrini məhv edir – ARAŞDIRMA

Karadeniz Texniki Universiteti Molekulyar Biologiya və Genetika Bölümü Müəllim Dos. Dr. Selcen Çelik Uzuner və komandası xərçəngə ümid vermək üçün arı zəhərinin xərçəng hüceyrələrinə təsiri üzərində işləyir.

Turkustan.az xəbər verir ki, Uzuner, “Arı zəhərini xərçəng hüceyrələrinə inteqrasiya etdiyimiz zaman zəhərin xərçəng hüceyrələrini öldürdüyünü, normal hüceyrələri yox etdiyini gördük. Normal hüceyrələr özlərini qoruyur və sağlam şəkildə çoxalır. Amma xərçəng hüceyrələri bu qorumanı təmin edə bilməz. “Biz o arı bilirik. Qədim Misirdə dəriyə tətbiq edilən ilk botokslarda zəhərdən istifadə edilib.Ona görə də arı zəhəri estetik baxımdan, hətta revmatizm xəstəliklərində də istifadə oluna bilər” dedi. Layihə “TÜBİTAK 3501 Karyera İnkişaf Proqramı” çərçivəsində də dəstək alıb.

Eltac/Turkustan.az