Vuçiç Ərdoğanı TƏBRİK ETDİ


Serbiyanın prezidenti Vuçiç Ərdoğanı seçkilərdə qələbəsi münasibətilə təbrik edib. 

Turkustan.az xəbər verir ki, Serbiya prezidenti Aleksander Vuçiç Twitter hesabından paylaşım edərək Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

“Əziz dostum, cənab Ərdoğan, prezident seçilməyiniz münasibətilə sizi təbrik edirəm və bu müddət ərzində ölkənin daha da inkişafı və vətəndaşların rifahı naminə sadiqliyinizi davam etdirməyi arzulayıram. Serbiya qarşılıqlı hörmətə və səmimi dostluğa əsaslanan əlaqələrimizi daha da gücləndirməkdə qərarlıdır”.   /konkret.az/






Mənbə