Rusiya paytaxtında azərbaycanlı iş adamlarına məxsus “Sadodvod” bazarında yanğın baş verib.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi “Sadodvod” bazarının üç pavilyonunda qeydə alınıb.
Yanğınsöndürənlərin alovu söndürüblər. Yanğın nəticəsində zərərçəkənlər barədə məlumatın olmadığı bildirilib.
Qeyd edək ki, Moskva dairəvi yolunun 14-cü kilometrliyində yerləşən “Sadodvod” bazarı yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov, Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.