Aqil Məmmədov:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 25-26 may tarixlərində “Mina Təhlükəsi ilə Mübarizə – Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib. Tədbirin birinci günü Ağdamda, ikinci günü isə Bakıda reallaşdırılıb.

2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında, 51 ölkəni təmsil edən 160-a yaxın rəsmi şəxslər – sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların,  minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edib.

Konfransın nümayəndələrindən olan Milli Məclisin deputatı Aqil Məmmədov bu beynəlxalq tədbirin olduqca aktual olduğunu bildirib.

Millət vəkilinin sözlərinə görə 44 günlük müharibənin nəticəsində torpaqlarını işğaldan azad edən Azərbaycan dövlətinin qarşısında dayanan başlıca məsələlərdən biri bu ərazilərin minalardan təmizlənməsidir: “Bu baxımdan, keçirilən beynəlxalq konfrans bir neçə məsələyə görə gərəklidir. Birincisi, bu cür toplantılarla Azərbaycan 30 illik işğal dövründə Ermənistanın ərzazilərimizdə törətdiyi müharibə cinatəylərini, vandalizm aktlarını, ermənilərin ərazilərimizdə yüzminlərlə mina basdırdığını dünyaya çatdırır. İkincisi, minatəmizləmə prosesi haqqında məlumatlar verilir. Üçüncüsü, isə minatəmizləmə sahəsində dünyadaki təcrübələrin mübadiləsi, öyrənilməsi həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan dövləti apardığı kompleks tədbirlər sayəsində torpaqlarımız minalardan təmizlənəcək və yurd-yuvasına qayıdan həmvətənlərimiz orada təhlükəsiz şəraitdə yaşaya biləcəklər”.

Açıklama yok.