SOCAR-ın müəssisəsi “Caspian Innovation Center”in (CIC) yeni ofisinin açılışı olub.
Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti və digər rəsmi şəxslər iştirak ediblər.
Yeni ofislə tanış olan nümayəndə heyətinə burada yaradılan şərait barədə məlumat verilib.
Daha sonra SOCAR nümayəndə heyətinin CIC əməkdaşları ilə görüşü olub. Görüşdə CIC tərəfindən icra edilən layihələr barədə təqdimatlar edilib və müzakirələr aparılıb.
Müasir tələblərə cavab verən ofisdə işçi heyəti üçün geniş iş, görüş və iclas otaqları fəaliyyət göstərir.