Kosovada serblərlə toqquşma: barrikadalar dağıdıldı

Kosovanın şimalında Kosova serbləri ilə polis arasında toqquşma baş verib.

Dunyaxeber.orgxəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, serblər albanların qalib gəldiyi yerli seçkilərin nəticələrindən narazıdırlar. Onlar barrikadalar qurublar.

Polis isə serblərə qarşı səs bombaları və su şırnaqlarından istifadə edib. Kosova xüsusi təyinatlılarının serblərin qurduğu barrikadaları dağıtdığı bildirilir.

Daha öncə Kosova polisi Leposaviçdə barrikadaların qurulduğu bələdiyyə binasını mühasirəyə almışdı.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç ordu hissələrinin döyüş hazırlığının ən yüksək səviyyəyə gətirilməsi haqqında sərəncam imzalayıb. Ordunun Kosova və Metoxiya ilə inzibati xəttə doğru təcili hərəkətə keçməsinə göstəriş verilib.   /konkret.az/