Azərbaycanda kreditlərin illiyi 3-5 faiz ola bilərmi? – VİDEO



Avropa İttifaqı ölkələrində istehlak kreditlərinin faizi 3-5%-dən yüksək deyil.

Xezerxeber.az xəbər verir ki, xüsusilə Almaniya, Fransa, İngiltərə, o cümlədən Skandaviya ölkələrində insanlara 3-5 faizlik uzun müddətli kreditlər verilir.

Ancaq qonşu ölkələrdə, o cümlədən Azərbaycanda kredit faizləri olduqca yüksəkdir. Əksər istehlak kreditlərinin illik faiz dərəcəsi 15-25% arasında dəyişir. Türkiyədə isə son illərdə bu rəqəmlər daha da yüksəlib.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, Avropa İttifaqında vahid valyuta və üstəlik uzunmüddətli kapital bazarları mövcuddur:

“Bununla belə artıq son illərdə qərb ölkələrində, həmçinin ABŞ-da kredit faizləri yüksəlməkdədir. Buna səbəb infilyasiyanın artmasıdır”.

Ekspert deyir ki, Azərbaycanda bölgə ölkələri ilə, xüsusilə türkiyə, gürcüstanla müqayisədə biznes kreditlərinin faiz dərəcələri yaxşıdır.

İqtisadçı sonda əlavə edib ki, istehlak kreditləri olduqca risqli növ hesab edilir. Buna görə də, banklar bu növ kredit verərkən bütün risqləri sığortalamağa çalışırlar. 

Mərkəzi Bankın tələblərinə əsasən istehlak krediti götürən şəxslərin gəlirləri ciddi analiz edilir. Yalnız bundan sonra vətəndaşa istehlak kreditinin ayrılması təsdiqlənir.

Daha ətraflı süjetdə:



Mənbə