Aİ: Rusiyanın 200 milyard avrosu donduruldu

Aİ Ukrayna müharibəsi səbəbindən Rusiyaya məxsus 200 milyard avronun dondurulduğunu açıqlayıb. Dondurulmuş aktivlərin istifadəsi ilə Kiyevə dəstək üçün alternativ plan üzərində danışıqlar aparılır.

Dunyaxeber.org  xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası Rusiya Mərkəzi Bankının üzv ölkələrdə dondurulmuş aktivlərinin 200 milyard avroya yüksəldiyini bildirib. Komissiyaya əsaslanan Almaniyanın Welt am Sonntag qəzetinin xəbərinə görə, Rusiya mərkəzi bankının G7 və Aİ ölkələrində dondurulmuş xaricdəki aktivlərinin təxminən 300 milyard avro olduğu bildirilib.

Xəbərə görə, rusiyalı oliqarxların Aİ-dəki təxminən 24 milyard 100 milyon avroluq aktivləri dondurulub. Ötən ilin sentyabr ayının sonunda bu rəqəmin 18 milyard 900 milyon avro olduğu açıqlanıb. Beləliklə, ümumilikdə 1473 oliqarx və 205 Rusiya şirkəti Aİ tərəfindən sanksiyaya məruz qalıb.

Welt am Sonntag-ın məlumat üçün müraciət etdiyi Federal Maliyyə Nazirliyi, Almaniya hakimiyyətinin əvvəlkilərlə yanaşı, son üç ayda Rusiyanın yeni varlığını dondurmaq qərarına gəlmədiyini bildirib.

Bildirilib ki, Ukrayna müharibəsinin vurduğu dağıntıların əvəzini Rusiyanın ödəməsinə nail olmaq məqsədi yaxın gələcək üçün proqnozlaşdırıla bilməz. Komissiya sözçüsü qeyd edib ki, Brüsselin Rusiyanın aktivlərinə həbs qoymaq səlahiyyəti yoxdur və dondurulmuş pullar sanksiyalar bitdikdən sonra geri qaytarılmalıdır.

Sözügedən pulların kapital bazarında investisiya kimi istifadə edilməsi və bu sərmayənin geri qaytarılmasının Kiyevə köçürülməsi kimi alternativ planlarla bağlı məsləhətləşmələrin hələ də davam etdiyi bildirilib. İyunun sonunda keçiriləcək Avropa İttifaqı Liderlər Zirvəsinə qədər qərarın qəbul ediləcəyi gözlənilmir.

Eltac/Turkustan.az