17-ci əsrə aid portretdə ayaqqabı detalı sosial şəbəkədə gündəm oldu – FOTO

Sosial şəbəkədə bir istifadəçi 17-ci əsr portretində fərqinə vardığı bir detalla ictimaiyyəti çaşdırıb. Qızı ilə birlikdə Londonda Milli Qalereyaya gələn bir qadının açıqladığı detalda, portretdəki oğlanın ayaqqabılarında “Nike” markasına bənzər emblem diqqət çəkib.

Dunyaxeber.org/a xəbər verir ki, Londonda Milli Qalereyada nümayiş etdirilən Hollandiyalı Ferdinand Bolun XVII əsrə aid portretindəki təfərrüat beyinlərdə sual işarəsi buraxıb. Portreti yoxlayanlar təsvir olunan oğlanın ayaqqabısındakı işarəni “Nike” idman geyim markasının emblemi ilə müqayisə ediblər.

“The Sun”a danışan 57 yaşlı Fiona Foskett 23 yaşlı qızı Holli ilə muzey gəzintisi zamanı bu detala diqqət çəkdiyini bildirib. Qarışıqlıq yaradan detalı dərhal qızı ilə bölüşən qadın, qızından “şəklin hazırlandığı ilə baxın. Ya ilk istehsal olunan “Nike” ayaqqabılarını o edib, ya da zaman səyahətçisidir” cavabını alıb.

İstifadəçilər portretdəki detalı Nike embleminə bənzətsələr də, bunun baş verməsi ehtimalı azdır. Çünki şirkət; 1600-cü illərdə şəkil çəkildikdən təxminən 300 il sonra, 1964-cü ildə qurulub.

Eltac/Turkustan.az