Tibb tarixində bir ilk: 12 il iflic olan adam ayağa qalxdı

İsveçrə alimləri tərəfindən hazırlanmış cihaz böyük təsir bağışlayıb. Düşüncələri aşkar edərək onurğa beyninə ötürə bilən cihaz hazırlayan alimlərin bu ixtirası 12 il yeriyə bilməyən xəstəyə dərman olub.

Dunyaxeber.org xəbər verir ki, İsveçrədə həyata keçirilən “Rəqəmsal Körpü” layihəsi sayəsində 2011-ci ildən iflic olan hollandiyalı Gert-Jan Oskam ilk dəfə addımlayıb. “The Guardian”ın xəbərinə görə, 2011-ci ildə Çində baş verən yol qəzası nəticəsində iflic olan Oksam İsveçrə alimlərinin hazırladığı cihaz sayəsində yeriməyə başlayıb.

İsveçrə Federal Texnologiya Universitetinin professoru Gregoire Courtine verdiyi açıqlamada Oskamın “Digital Bridge” adlı layihə sayəsində yeriyə bildiyini bildirib. Oskamın əməliyyatdan sonrakı sınaqlar zamanı bir anda 100 metrdən çox getdiyini qeyd edən Courtine, “Qurduğumuz sistem Gert-Janın düşüncələrini qəbul edərək onurğa beyninə çatdıraraq yerimə mexanizmini xəbərdar edir” dedi.

Beyin və əzələlər arasındakı əlaqəni bərpa edərək iflicin müalicəsini hədəfləyən “Rəqəmsal Körpü” layihəsi xəstələrin onurğa sinirlərinin bərpasına kömək etməklə yanaşı, reabilitasiyaya da töhfə verir.

Hollandiyalı Oskam, qəzaya görə bir daha yeriyə bilməyəcəyini düşündüyünü, lakin İsveçrə Federal Texnologiya Universitetində hazırlanan cihaz sayəsində yenidən yeriyə bildiyi üçün çox xoşbəxt olduğunu bildirib.

Yeni müalicə sayəsində dostları ilə gözəl vaxt keçirə bildiyini bildirən Oskam cihaz sayəsində normal həyatına qayıtmaq istədiyini də sözlərinə əlavə edib. “Nature” jurnalında dərc olunan layihənin ilkin mərhələdə olduğu və bu sahədə gələcək işlərə öncülük etdiyi bildirilir.

Eltac/Turkustan.az