Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi, Nyu York Baş Konsulluğu və ŞKTC-nin Nyu York nümayəndəliyinin yerləşdiyi “Türk Evi”nə hücumu pisləyib.

Nazir Ərtoğruloğlu yazılı açıqlamasında “Türk Evi binasına edilən alçaq hücumu şiddətlə qınayıram. Amerika Birləşmiş Ştatları hücumun səbəbkarlarını dərhal müəyyən etməli və onları məsuliyyətə cəlb etməlidir”, – deyə bildirib.