Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında Azərbaycanla aparılan danışıqlar barədə danışıb


Dunyaxeber.orgxəbər verir kii, Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında danışarkən rəhbəri olduğu ölkə ilə bağlı gülüş doğuran müqayisə aparıb: “İndi Ermənistan kadastr sənədi olmayan torpağa bənzəyir. Amma, əgər Azərbaycanla sülh sazişi imzalansa, onda Ermənistan belə bir sənədi almış olacaq. Hamımız başa düşürükmü, 30 ildir sevimli vətənimizdə kadastr sənədi olmadan yaşayırıq. Ermənistan bir dövlət kimi min illər boyu belə bir sənədi olmayıb. Biz elə bir yerdə yaşayırıq ki, dünyaya bir neçə ölkə var ki, nə vaxt istəsələr bizə deyə bilərlər ki, yığışın burdan gedin. Bu zaman deyə bilərik ki, buyurun, bu da bizim kadastr sənədimiz…”.

Ətraflı videoda

Mübariz/Turkustan.az