Moskvada bu sənədin imzalanması gözlənilir – Şəfiyev açıqladı

Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Moskvadakı görüşü vacib müzakirələr fonunda keçəcək. Burada nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı sənədin imzalanması gözlənilir. Həmçinin bu istiqamətdə ümumi bəyanatın qəbul edilməsi ehtimalı da var.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, burada sülhlə bağlı konkret proqnoz vermək olduqca çətindir:

“Eyni zamanda sülhün nə vaxt imzalanacağı ilə bağlı da dəqiq fikir söyləmək olmur. Sözsüz ki, bu istiqamətdə ardıcıl işlər hələ də davam edir”.

Fərid Şəfiyev kommunikasiya xətlərinin açılması ilə bağlı imzalanacaq sənəddən sonra Zəngəzur dəhlizinin nə zaman açılması məsələsinə də toxunub.

Onun fikrincə, Zəngəzur dəhlizin açılması bir neçə il çəkə bilər.