Bakıda avtomobil yolu keçən 8 yaşlı uşağı vurub öldürüb.
“Report”un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, yolu keçərkən 2015-ci il təvəllüdlü S.Quluzadəni avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.