Ukraynadakı səfirimiz o oldu

Prezident İlham Əliyev Seymur Mərdəliyevlə bağlı Sərəncam imzalayıb. 

Dunyaxeber.org xəbər verir ki, Sərəncamla Seymur Qurban oğlu Mərdəliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb.

Prezidentin digər Sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.