Səyahət eksperti Anton Radçenko hotel otaqlarındakı ən çirkli əşyaların adlarını açıqlayıb.
Təcrübəli səyahətçi ilk olaraq televizorun pultunu hotel otağının ən çirkli əşyası hesab edir:
“Təmizlik zamanı televizorun pultu nadir hallarda dezinfeksiya edilir və ya silinir”.
Səyahətçi səfərə yollanan şəxslərdən özləri ilə nəm salfetlər götürməyi tövsiyə edib.
“Qonaqlar dəyişən zaman xidmətçilərin silmədiyi başqa bir əşya isə telefondur. Yaxşı olar ki, müştərilər bu əşyanı da istifadədən əvvəl hərtərəfli silsinlər”, – deyə Anton Radçenko qeyd edib.
Mənbə: Daily Star