Baxşəliyeva aygün- “doktor aygün” haqqında cinayət işi açılması tələb edilir


Öncə ondan başlayım ki, cəmiyyətə özünü ziyalı kimi sırıyan , “doktor aygün” kimi tanıdan, “balaca boyumla çox iş görmüşəm” deyən, bir tipin əməllərinin nədən ibarət olduğunu açıqlayım. Nədən baxşəliyeva aygünün ad və soyadı məhz kiçik hərflərlə yazıldığını indi siz də biləcəksiniz. Bəli, gördüyünüz kimi bu tip öz Teleqram qrupunda bütün insanların adını, soyadını kiçik hərflərlə yazmağı tələb edib. 7/24 sosial şəbəkələrdə həm öz adı ilə, həm də saxta profillərlə bir qrup şəxslə əlbir olub baxşəliyeva aygün isgəndər qızı- Azərbaycan Respublikasının GERBİNİ öz profil şəkilinə qoyub, sözün əsl mənasında xalqa divan tutur. Kütləvi yayında tanımadığı şəxslərin ünvanına ağlasığmaz böhtanlar atır, basqı edir, bir qrup şəxsi həbslə, əmlakını müsadirə etməklə təhdid edir, pozğun sözlərlə təhqir edir və ən başlıcası şərəf və ləyaqətini alçaldır, biədəb, binamus video paylaşımlar edir.
Sosial şəbəkələrdə baxşəliyeva aygünün fəaliyyətinin dayandırılması və dəstəsinin zərərsizləşdirilməsi barədə dəfələrlə ölkə başçısına, DİN-ə, Baş Prokurorluğa , KİV-lərə çox sayda müraciətlər etmişik, hətta Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə yaşlı qadınları söyən, döyən, Polisə müqavimət göstərən, qadınları parçalayan baxşəliyeva aygün və dəstəsinin qanunsuz hərəkətləri göstərilib. lakin bu günə kimi heç bir tədbir görülməyib.
Nəhayət, bu ifrat şiddətə, basqıya, təzyiqə, təhqirə, yalan və böhtanlara son qoyulması məqsədilə 14 nəfər xüsusi ittiham qaydasında Nəsimi rayon məhkəməsinə müraciət edib. Məhkəmə prosesi 26 may 2023-cü il tarixdə saat 16.30-a təyin edilib.
E-məhkəmə portalında çıxan- baxşəliyeva aygün haqqında Cinayət Məcəlləsinin 147, 148 maddələri ilə işə baxılacağı barədə məlumatdan sonra bu dəstə daha da azğınlaşıb. Ardı kəsilmədən Tik-Tok və sair sosial şəbəkələrdə qanuna və əxlaqa zidd paylaşımlar edirlər.
Nəzərə çatdırmaq istəyirəm ki, eyni hərəkətləri törədən dəstə üzvü- hacıyeva günay məhəmmədəli qızı barəsində CM-nin 147, 148 mad.ilə Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Göstərilmişdir ki, ictimai yerdə media çəkilişi getdiyi bir vaxtda – hacıyeva günay qanuna və əxlaqa zidd hərəkətlər edib. O müxtəlif saxta profillər yaradıb insanların qəsdinə durub, binamus, əxlaqız, yalan- böhtan, təhqiramiz paylaşımlar edir. 16.02.2023-cü il tarixdə -hacıyeva günay məhəmmədəli qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 maddəsi ilə “İnzibati xəta haqqında ” Protokol tərtib edilib , 300 manat cərimə olunub. Fakt Teleqramda yazıları, səsləri var. Lakin hakim Murad Məmmədov sübut və dəlilləri nəzərə almadı. Sözsüz ki, hacıyeva günay haqqında hələ Apellyasiya qaydasında şikayət veriləcək və əməllərinə görə layiqli cəza tələb ediləcək.
Hazırda Media vasitəsilə bir daha dövlət qurumlarına müraciət edirik: baxşəliyeva aygün barəsində həbs qətimkan tədbiri seçilsin, yayımları dayandırılsın, dəstə üzvləri də məsuliyyətə cəlb edilsin. Çünki bu şəxs olduqca təhlükəli mövqedədir və hərəkətlərinə cavabdehlik daşımır.
Önəmli faktı diqqətə çatdırmaq istəyirəm. Bu günə kimi hər kəsə qazanc əldə etmək məqsədilə Ocosa 50 min dollar yatrım etdiyini deyən baxşəliyeva aygün indi yazıb ki, cəmi 14200 pul yatrım edib. Əslində indiki 14200 belə şübhə doğurur, çünki şəxsi kabinet məlumatlarında aygünün bu qədər böyük pul qoyduğu görsənmir. Hər bir halda dediyi 50 000 ilə 14200 arasındakı 35800 dollar fərqə baxın və bu baxşəliyevanın yalanları kimlərinsə taleyinə sarsıdıcı zərbələr vurduğunu təsəvvür edin!!!
Daha sonra baxşəliyeva agyün yaydı ki, İstintaq qurumları ona çoxlu şikayətçi yığmağı tapşırıb. Bu fakt özlüyündə elə pulunun məbləği kimi yalan və ya gerçək olduğu da müəmmalıdır. Amma xalq bilir ki, kütləvi canlı yayında baxşəliyeva aygün, hacıyeva günay, musayeva sevinc, əliyeva dilşad, vəliyeva səbinə və digərləri heç tanımadığı vətəndaşları toplum şikayətə səsləyib, hamının adından ərizələri aygünlə günay yazıb, toplum qəbullara şikayətə vətəndaşları çağırıblar, qəbulda Ocos adını bildirməyin, yalan danışın deyə efirdən izah edirdilər, işdir birdən onlardan şikayət edilərsə öyrədirdilər heç bir halda Polisə getmək lazım deyil.
Bu gün iş o həddə çatıb ki, baxşəliyeva aygün dəstəsi ilə birgə insanları təqib edir, izləyir, yaşayış yerinə qədər arxasınca adam göndərir, iş yerlərini axtarır və onlara zülm edəcəklərini, xəsarət yetirməklə, ölümlə təhdid edirlər. Davamlı şəkildə Teleqramda əxlaqsız videopaylaşımlar edirlər. Bir çox şəxslər zəng edib baxşəliyeva aygünə bu gərəksiz, haqsız, mənəviyyatsız psixoloji şiddətini dayandır dedikdə Teleqramdakı İn Sarsax qrupunun Admini kimi 1000 nəfərədək üzvü olan kütləvi yayında çıxış edib deyib: “Bu boyda qrup yaratmışam, adamlar ürəyini boşaltsın, stresini atsın! Camaat əziyyət çəkib, gecə sabaha kimi yatmayıb video düzəldib, niyə silim, niyə silməliyəm axı?! Dilinizi kəsin, sakitcə oturun! Nə istəsək edəcik, nə istəsək deyəcik, əcəb edirik. Kiməsə, arvadına uşağına sataşmıram ki. deyə hədə-qorxularını açıqca ifadə edib….
Belə yerdə istərdim bir-iki kəlmə deyəm, insanlara demədiyi, etmədiyi nalayiq hərəkət qalmadı, hələ bir deyir ki, mən kiməsə sataşmıram.. Bu tipin gerçəkdən psixoloji durumu yoxlanılmalıdır!
14 nəfər şikayətçi Nəsimi rayon Məhkəməsində 147, 148 maddəsi ilə yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb edilməsini vəsadət verəcəklər. Çünki faktiki qəsdinə durduqları şəxslərin heç birini real həyatda tanımır, nə də onlara bir manat pul verməyib, bilavasitə zərərçəkmiş şəxsləri şantaj edirlər, digər vətəndaşları hədəfə alır pul almaq məqsədilə haqlarında rüsvayçı materiallar paylaşırlar, durmadan kütləvi yayında aidiyyatı olmadan israrla pul tələb edirlər.
Xüsusi İttiham qaydasında baxşəliyeva aygün isgəndər qızı haqqında Cinayət işi başlanması tələbinə dair Nəsimi rayon Məhkəməsinə verilən Şikayət ərizəsində bir necə adları yuxarıda göstərilən qadınlarla yanaşı samir sərxanov, ramin qarayev, rafail sadıqov, sabir məmmədov və qeyrilərinin də haqqında şikayət edilib. Ümid edirəm bu material dərc edildikdən sonra hüquq-mühafizə orqanları gərəkən tədbirləri həyata keçirər, toplum Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin edər, yaşanan xaosa son qoyar, əsassız münaqişə qan tökülmədən bitər.
Hüseynova Səidə Bahadur qızı
QHT sədri, hüquqşünas- jurnalist