Orenburqda “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı olub

Orenburq Regional Universal Elmi Kitabxanasında müəllifləri – Kursk Cənub-Qərb Universitetinin dosenti Qasım Kərimov, tarix elmləri doktoru Vəfa Quliyeva, tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyevanın iştirakı ilə “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə fəxri qonaq qismində Rusiya Xalqlar Evi direktorunun müşavirləri, Azərbaycanlıların “İnkişaf” Regionlararası Alyansı ictimai təşkilatının rəhbərliyi, yazıçılar, alimlər, dövlət orqanlarının nümayəndələri, müxtəlif ali məktəblərin müəllimləri, deputatlar, Orenburq vilayətinin “Gənc Qvardiya” təşkilatının nümayəndələri, tələbələr, Başqırdıstan Respublikası, Voronej vilayəti, Tatarıstan Respublikası, Naberejnıye Çelnı Azərbaycan icmalarının rəhbərləri, həmçinin Azərbaycandakı yerli milli-mədəni muxtariyyətlərin rəhbərləri iştirak ediblər.

Orenburqda “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı olub

Təqdimat “Orenburq Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Yaşar Məsimovun dəstəyi və “AzerRos” təşkilatçılıı ilə baş tutub.

Qonaqlara Sovet İttifaqı Qəhrəmanları haqqında sənədli film nümayiş etdirilib, kitabın müəllifləri, fəxri qonaqlar, respublika ictimai birliklərinin rəhbərləri çıxış ediblər.

Kitab Azərbaycanın Qələbəyə verdiyi əvəzsiz töhfəni üzə çıxarır və bunu heç vaxt unutmamalıyıq. Bu kitab elmi, tarixi, ictimai-siyasi və praktiki əhəmiyyəti baxımından son dərəcə aktualdır.

Orenburqda “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı olub

Kitabın müəllifləri etibarlı mənbələrdən və materiallardan istifadə edərək Azərbaycanın 1941-1945-ci illərdəBöyük Vətən Müharibəsində Sovet İttifaqının tarixi Qələbəsinə verdiyi töhfənin ümumiləşdirilmiş mənzərəsini canlandırıblar. Azərbaycandan cəbhəyə 660 min nəfər gedib, onlardan 340 mini qəhrəmancasına döyüşüb, döyüş meydanlarında həlak olub. Azərbaycanlılar həm cəbhədə, həm də arxa cəbhədə böyük şücaət göstərərək Qələbəyə böyük töhfə verdilər. Müharibənin ilk illərindən yüzlərlə azərbaycanlı özünümüdafiə batalyonu yaradıldı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli hərbi yol keçmiş, partizan dəstələrinin tərkibində vuruşmuşlar. Bu gün İkinci Dünya Müharibəsində döyüşmüş Azərbaycan oğullarının tarixi qəhrəmanlığı yaddaşlardan silinmir və bu qəhrəmanlıq gənc nəsil tərəfindən vətənpərvərlik nümunəsi kimi xatırlanır.

Tədbirin sonunda “Orenburq Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı adından qonaqlara “Azərbaycanlıların Alyansı” qəzetinin ikinci nömrəsi və müəlliflərinin şəxsi avtoqrafları ilə “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının nüsxələri hədiyyə edilib.

Orenburqda “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı olub

Təqdimat mərasimindən sonra nümayəndə heyəti “Orenburq Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının Azərbaycan Mədəniyyət Mərkəzində, Orenburqda Sovetlər Evinin yanındakı meydanda, eləcə də 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olnarın xatirəsinə ucaldılmış “Əbədi məşəl” memorial kompleksində olub, burada həlak olanların abidəsi önünə əklil və gül dəstələri qoyublar.