Azərbaycanda iribuynuzlu heyvanların ifrazatlarından bioqaz enerjisinin alınması ilə bağlı layihə hazırlanıb və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.
Bunu “Report”a açıqlamasında nazirliyin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.
“Mal-qaradan bioqaz enerjisinin alınması geniş tətbiq edilir. Bu istiqamətdə nazirliyə layihə təqdim etmişik, nəticələrini gözləyirik. İribuynuzlu maldarlıqda peyinin yığılması nəticəsində metan qazının alınması və bunun əhaliyə təqdim edilməsi nəzərdə tutulur”, – deyə o vurğulayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvarın 1-i vəziyyətinə ölkədə 7 772,1 min baş qoyun və keçi, 2 628,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1288,7 min baş inək və camış olub.