Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, Vüqar Əliyevdir.
O, bundan əvvəl “PricewaterhouseCoopers” və KPMG beynəlxalq audit şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Bu təyinatla AMB-də sədrin müşavirlərinin sayı 2-yə çatıb. Bundan əvvəl Fərhad Vəliyev AMB sədrinin müşaviri təyin edilib.