İstixana fəaliyyətinin genişləndirilməsinə 150 min manat güzəştli kredit verilib – FOTO

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu biznes təmsilçisi Əvəz Əliyevə istixana fəaliyyətinin genişləndirilməsi layihəsi üzrə 150 min manat güzəştli kredit verib.

Dunyaxeber.org xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, layihə Salyan rayonunda icra olunacaq.