“Star” neft emalı zavodunun fəaliyyətə başlaması Türkiyə Respublikasının tarixində ölkəyə qoyulmuş ən böyük investisiya idi”.
Dunyaxeber.org xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov deyib.
O qeyd edib ki, həmin dövrdə neft-kimya məhsulları idxalda ən böyük yeri tutan sahə idi:
“Hətta bizim zavodumuz fəaliyyətə başladıqdan sonra da Türkiyə bu məhsulların idxalını davam etdirir. Qardaş ölkədə neft-kimya məhsulları hələ də idxalda yüksək yer tutur”.
Aysel Aslan