“Yaxın gələcəkdə vergi sistemində süni intellektin tətbiq edilməsi istiqamətində müvafiq danışıqlar aparılır”.
Dunyaxeber.org xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin media nümayəndələri üçün keçirilən təlimdə qurumun Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev deyib.
O bildirib ki, vergi sistemində elektron xidmətlərin keyfiyyətini təmin etmək və təhlükəsizliyi artırmaq məqsədilə bu istiqamətdə danışıqlar aparılır:
“Süni intellektlə bağlı məsələ, eləcə də elektron auditin tətbiqi, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın artırılması, daxili və ictimai nəzarətin gücləndirilməsi Dövlət Vergi Xidmətinin perspektivləri sırasındadır”.
Könül Cəfərli