Gürcüstanın Azərbaycan ərazisindən Qazaxıstana kəsim məqsədi ilə atlar göndərməsinə icazə verilməyib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Məlumata görə, ölkə ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Nəzarəti Komitəsi tərəfindən Gürcüstandan Qazaxıstana kəsim məqsədilə aparılması nəzərdə tutulan atların Azərbaycan ərazisindən keçmək üçün tranzit icazəsinin verilməsi barədə müraciətinə baxılıb və ölkəmizin bioloji təhlükəsizliyinin qorunması məqsədilə icazənin verilməsi məqsədəuyğun hesab edilməyib.
Eyni zamanda, bu barədə qarşı tərəf aidiyyəti üzrə məlumatlandırılıb.