Anar Məmmədov: “bp-nin SOCAR-la birgə həyata keçirəcəyi “Mercury” layihəsi tamamilə dayandırılıb”

“bp şirkəti neft-kimya sahəsindən tamamilə çəkildiyinə görə, bu şirkətin SOCAR-la birgə həyata keçirəcəyi “Mercury” layihəsi tamamilə dayandırılıb”.

Dunyaxeber.org xəbər verir ki, “SOCAR Türkiyə” Emal və Neft Kimya İş Birliyinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bazar şərtlərindən asılı olaraq layihə başqa bir şirkətlə davam etdirilə bilər:

“Mercury” layihəsinin dayandırılmasının digər bir səbəbi isə neft-kimya istehsalı sahəsində bazar şərtlərinin dəyişməsi olmuşdu. Məsələn, 5 il əvvəlki bazar şərtləri bu günlə uyğun gəlmir. Amma bu, o demək deyil ki, bu layihə bizim gündəmimizdən çıxıb. Bu gün neft-kimyanı və neft-kimya məhsullarını əvəz edəcək məhsul hələ yoxdur. Bu səbəbdən də “Mercury” layihəsi də hər zaman gündəmdə olacaq”.

Aysel Aslan