5 may 2023-cü il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “ Xalqa həsr olunmuş ömür” adlı tədbir keçirilib.Yubiley tədbirini giriş sözü ilə açan ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı Ulu öndərin nəsillərə örnək olan həyat yolundan, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə məruzə edib.
Daha sonra tədbirin qonaqları, Elm və Təhsil nazirliyinin “Azərbaycan Müəllimi” qazetində şöbə redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şakir Cəfərov və Gənc Vətənpərvərlər İctimai birliyinin sədri Muğan Əliyev, dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxış ediblər.
Tədbirdə Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin bərpası və qorunub saxlanılması yolunda atdığı addımlardan, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun Vətən müharibəsindəki qələbəsindən bəhs edən video çarx nümayiş etdirilib.Tədbirin bədii hissəsində tələbələrin ifasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş ədəbi-musiqili kompozisiya təqdim edilib.
Əvvəlki
Dünyanın yeni siyasi-iqtisadi arxitekturasının formalaşmasında Türk Dövlətləri Təşkilatının rolu
Növbəti