Layihə rəhbərləri Elnurə İsgəndərova və Aygün Əzizova öz çıxışlarında gələn qonaqları salamlayıb , Beynəlxalq Qalereyanın açılmasının məqsədlərindən gənclərin, uşaqların azərbaycançılıq ideologiyasında , vətənpərvərlik ruhunda yetişməsində, müxtəlif ölkələrlə beynəlxalq əlaqələrin inkişafında oynayacağı roldan bəhs etdilər.
Sonra sözü Mədəniyyət Nazirliyinin əməkdaşı Zöhrə Əliyevaya verdi. Zöhrə xanım çıxışında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Azərbaycanda Beynəlxalq Qalereyanın ofisinin açılışının mədəniyyətimizə uğurlu töhfə olduğunu bildirdi. Layihə rəhbərlərini təbrik edib uğurlar arzuladı.
İştirak edən qonaqlardan Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov, General Polad Həşimovun qardaşı İlham Həşimov, müxtəlif ölkələrin Azərbaycandakı Fövqəladə və Səlahiyətli Səfirliklərinin Nümayəndələri, Əməkdar jurnalist Nadir Azəri ,E Mediyanın rəhbəri Elşən Əliyev, jurnalist Dünyaxanım Əliyeva da öz təbriklərini, xoş sözlərini bildirdilər. Açılışda eyni zamanda müxtəlif ali məktəblərin rəssam, müəllim və tələbə kollektivi iştirak edirdi.
Müxbir : Aygün Oqtay
Fotoqraf : Mahir Əhmədov