Bir çox insanlar pivəni çox miqdarda istehlak edilə bilən yüngül və zərərsiz spirtli içki hesab edirlər. Ancaq ondan asılılıq araqdan daha sürətli inkişaf edir.
Dunyaxeber.orgxəbər verir ki, bunu psixiatr-narkoloq Tatyana Klimenko deyib.
Ekspertin fikrincə, pivə araqdan daha tez psixoloji asılılıq yarada bilər.
“Pivə alkoqolizmini müalicə etmək daha çətindir, çünki pivənin dadı və qoxusu ilə bağlı xatirələr psixoloji asılılığı gücləndirir. Pivə və siqaretin təsirini artan radiasiya zonasında olmaqla müqayisə etmək olar. Əvvəlcə insan heç nə hiss etmir, bütün problemlər bir müddət sonra yaranır”, – deyə həkim AİF-ə müsahibəsində bildirib.
Klimenkonun fikrincə, bu içki kişilərdə endokrin xəstəliklərə səbəb olur, qadınlarda isə səs kobudlaşır, bığlar əmələ gəlir.
Həmçinin, bədəndə artan su yükü səbəbindən damarların genişlənməsi, ürək çatışmazlığı və ritmin pozulması, yuxu keyfiyyətinin pisləşməsi, baldır əzələlərində ağrılar yaranır. /konkret.az/