27 aprel tarixində layihə rəhbəri Elnurə İsgəndərova , təşkilatçısı Aygün Əzizovanın olduğu YAP Yasamal rayon təşkilatı ilə birgə Ulu öndər Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş ” Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı sərgi YAP Yasamal rayon təşkilatında təşkil olundu. Sərgidə 100 rəssam 100 əsəri ilə iştirak edirdi . Azərbaycanın müxtəlif bölgələrindən gələn rəssamlar əsərlərini müxtəlif texnikalarda işləmişdilər. Sərgini giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev rəssamların 100 illiyə gözəl bir töhfə verdiklərini və il boyu etüdlərdə fəal iştiraklarını yüksək qiymətləndirdiyini bildirdi. Layihə rəhbəri və təşkilatçılara təşəkkür etdi və sərgidə iştirak edən rəssamlara uğurlar arzuladı . Sözü layihə rəhbərin Elnurə İsgəndərovaya verdi.
Elnurə xanım çıxışında ənənə halını alan sərgidə müəllimlər və tələbələrin birlikdə iştirakının gənclərimizin Azərbaycançılıq ideologiyasında, vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynadığını bildirdi.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elgiz Qasımov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Milli Məclisin deputatları Səbinə Xasayeva Emil Hacıyev, Ülvi Quliyev, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Mirzə Ələkbər Sabir adına Mərkəzi şəhər kitabxanasının direktoru Gülşən Abbasova,”Dünya” ana və uşaqlar ic.birliyin və dünyaxeber.org sayıtın rəhbəri Dünyaxanım Əliyeva, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova da sərgiyə baxış keçiriblər.
Sonda rəssamlar diplom və plaketlə təltif olundular.
Müxbir: Aygün Oqtay