Bakıda BMW və “Khazar” markalı avtomobillər toqquşublar

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol kəsişməsində idarəetməni itirən “Khazar” markalı avtomobilin sürücüsü maşını BMW markalı maşına çırpıb.

Hadisənin təfərrüatı araşdırılır.