Dövlət gənclər siyasəti uğurla həyata keçirilir”.

Bu fikirləri açıqlamasında Gənc Vətənpərvərlər İctimai Birliyin sədri ,İctimai xadim Müqamət Süleyman oğlu Əliyev (Muğan) deyib.
GVİB Sədri bildirib ki, Cənab Prezidentin hər zaman idmançılarla görüşündə maraqlı məqamları diqqətə catdırır:
“Cənab Prezident İlham Əliyev hər zaman idmançılarla görüş zamanı çox maraqlı məqamları diqqətə catdırır. Azərbaycan idman ölkəsi olaraq dünyada tanınır. Azərbaycan idmançıları Azərbaycan bayrağını həmişə yüksəklərdə dalğalandırır. Azərbaycan idmançıları həmişə ən yüksək yerləri tuta bilirlər. Çoxlu sayda qızıl, gümüş medallar gətirirlər. Bir sözlə, Azərbaycan idman siyasəti uğurla həyata keçirilir. Ancaq bütün bunlarla yanaşı, Cənab Prezident İlham Əliyev maraqlı məqamları diqqətə catdırır .Xüsusilə də, idmanın, sağlam həyat tərzinin vətəndaşlar, sadə insanlar arasında təbliğinin önəmli olduğunu bildirir.Azərbaycanda – paytaxt Bakı şəhərindəki parklarda idman alətlərinin yerləşdirildiyini və bu ənənənin Azərbaycanın bütün şəhər və rayonlarda davam etdirilməsinin vacibliyini vurğulayır. Bu isə birbaşa olaraq insanlar arasında kütləvi idmanla məşhul olmaq marağı artırır. Bu, çox vacib nüansdır”.
GVİB Sədri ,İctimai xadim,Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi bildirib ki, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində sadə insanlar arasında idmana maraq daha da artır:
“Yüksək inkişaf etmiş ölkələrdə yol boyu parklarda, açıq havada çoxlu sayda idman alətləri var ki, normal vətəndaşlar uşağından tutmuş böyüyünə qədər bu idman alətlərindən pulsuz olaraq istifadə edirlər. Nəticə etibarilə, insanlar arasında idmana maraq daha da artır. Yalnız professional idmançılar deyil, həm də sadə vətəndaşlar arasında da sağlam həyat tərzi təbliğ edilir və adi bir həyat tərzinə çevrilir. Bütün bunlarla yanaşı, Cənab Prezident işğaldan azad olunmuş ərazilərdə idmanın inkişafı ilə bağlı məsələlərə də gündəmdə olduğunu qeyd edir . Bilirik ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri həyata keçirilir. Şəhər və rayonların baş planları təsdiqlənir. Bu baş planlara uyğun olaraq, infrastruktur layihələr həyata keçirilir. Cənab Prezident Ağdamda “Qarabağ” klubunun “İmarət” stadionu və onun yanında böyük olimpiya idman kompleksinin tikiləcəyi mesajını da verdi. Bununla yanaşı, digər rayon və şəhərlərdə də böyük idman komplekslərinin, idman mərkəzlərinin tikilməsinin vacibliyini vurğuladı. Bir sözlə, Azərbaycanın bütün rayon və şəhərlərində olduğu kimi, idman mərkəzləri və olimpiya kompleksləri işğaldan azad edilmiş ərazilərdə də tikiləcəkdir. Nəticə etibarilə, düşünürük ki, iqlimi, hava şəraiti uyğun olan, daha xoş olan bu ərazilərdə çox uğurlu idmançılar yetişəcək”.
Sədr .İctimai xadim sonda qeyd edib ki, hər birimiz Prezidentin uğurlu təbliğat işlərini dəstəkləməliyik və gənclərimizin savadlı və bilikli yetişməsi üçün əlimizdən gələni etməliyik:
“Azərbaycan məhz Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə .GVİB-i GİN-n ,QHT Dövlət Dəstəyi Agentliyin və Gənclər Fondunun dəstəyi ilə layihə çərçivəsində gənclər arasında ideoloji, vətənpərvər təbliğat işlərini uğurla həyata keçiribdir. Bunun nəticəsidir ki, Birinci Qarabağ müharibəsi ,İkinci Qarabağ müharibəsi və 44 günlük Vətən Müharibəsində Azərbaycan gəncləri yalnız foto və videolarda gördükləri Qarabağ torpağı üçün vuruşdular, döyüşdülər və öz canlarını torpaq, vətən yolundan qurban verdilər.
Biz fəxr edə bilərik ki, Azərbaycanın bu cür mərd və qəhrəman gəncləri yetişdi. Bu gün Azərbaycanda minlərlə qazi var ki, onlar da canlı şəhidlərdir. Onlar müharibəni yaşayıblar, şəhidlik zirvəsinin bir anında olublar. Öz əzalarını və sağlamlıqlarını itiriblər. Görünən odur ki, həm idmançılarımız, həm də gənclərimiz vətənpərvər ruhda yetişiblər. Biz bu yolu davam etdirməliyik. Təbliğat işlərini vahid kansebsiya əsasında gücləndirməliyik. Tarixi köklərimizə sadiq qalmalıyıq. Gənclərimizin savadlı, bilikli yetişdirilməsi üçün hər birimiz səfərbər olmalıyıq. Düşünürəm ki, Cənab Prezidentin həyata keçirdiyi dövlət gənclər siyasəti öz məntiqi nəticəsini 44 günlük Vətən Müharibəsində göstərdi. Bu gün də Azərbaycan gəncləri bütün platformalarda, o cümlədən idman sahəsində Azərbaycanı uğurla təmsil edirlər. Ümid edirik ki, növbəti idman yarışlarında daha böyük uğurlara imza atacaq”.
Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri,İctimai xadim,
Karate-do üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi
Muğan Süleyman oğlu Əliyev