Düşüncələri alt-üst edən araşdırma: Yağlı ət heç də ziyanlı deyilmiş

Yağlı ətin insan orqanizminə mənfi təsiri əvvəllər iddia edildiyi qədər də çox deyil.

Dünyaxeber.org xəbər verir ki, bunu Texas Universitetinin alimləri müəyyən ediblər. Araşdırma göstərib ki, qiymə edilmiş mal ətinin qan damarlarının işinə təsiri onun tərkibindəki yağdan çox az asılıdır. Tədqiqat “Nutrients” jurnalında dərc olunub.

Əvvəlki araşdırmalar göstərmişdi ki, qırmızı ətin həddindən artıq istehlakı ürək-damar xəstəlikləri riskini artıra bilər. Eyni zamanda, ən yüksək risk emal edilmiş ət – kolbasa, sosis, hisə verilmiş ət və digər məhsulları istehlak edərkən müşahidə olunur.

Yeni araşdırmanın müəlliflər isə qeyd ediblər ki, bəzi tədqiqatlar qırmızı ət istehlakı tövsiyə olunan səviyyədə olduqda ürək-damar riskini artımadığını göstərib.

Yeni araşdırmada tədqiqatçılar yüksək yağlı (25%) və az yağlı (5%) işlənməmiş qırmızı ətin kişilərdə damar funksiyasına təsirini qiymətləndiriblər. Orta yaş həddi 39,9 olan 23 kişi üzərində araşdırma aparılıb. İştirakçılar adi pəhrizlərini və fiziki fəaliyyətlərini dəyişməyib.

Beş həftə ərzində iştirakçılar hər həftə mal ətindən hazırlanmış 5 kotlet yeyiblər. Eyni zamanda, əvvəlcə bəzi iştirakçılar yüksək yağlı qiymə, digərləri isə az yağlı ət yeyirdilər. Bundan sonra dörd həftə həmişəki kimi yemək yeyib, sonra yerlərini dəyişiblər.

Araşdırmanın sonunda iştirakçıların damar funksiyası və oksigen qəbulu qiymətləndirilib.

Məlum olub ki, pəhriz iştirakçıların damar funksiyasına və ya dözümlülüyünə təsir göstərməyib. Bundan əlavə, yüksək yağlı qiymə istehlak edən kişilərdə qan təzyiqi aşağı olub ki, bu da doymuş yağlı qidaların zərərli olması anlayışına ziddir.

Alimlər araşdırma sonunda təklif ediblər ki, işlənməmiş qırmızı ətin normada olması sağlam pəhrizin bir hissəsi ola bilər.    /Cebhe.info/