Xatırladırıq ki. bu sənədli filmi biz 2018-ci ildə çəkmişik.
1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını 10 ilə yaxın müddətdə apardıqdan sonra həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olundu. Nəhayət kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdik.
Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub. Bu gün həyatda olmasalar da həmin yaşı 100-dən artıq canlı şahidlər soyqırım haqqında danışıblar. Filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, rejissorları Nizami Abbas və Mübariz Nağıyevdir.
Təəssüflə qeyd etməliyəm ki, heç bir məmur, dövlət rəsmisi canlı şahidlərin iştirakı ilə çəkilmiş bu filmlə maraqlanmayıb. Dəyər verməyib. Amma bu gün biz mənəvi rahatlıq hissi keçiririk ki, zamanında belə işləri görə bilmişik.
Fact-info.az