Hələ yazdır, ancaq ölkədə içməli su qıt olduğu üçün qrafiklərlə verilir. Bəs suya tələbatın dəfələrlə artdığı yayda vəziyyət daha da qəlizləşəcəkmi?
Yeniavaz.com “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı açıqlama verib. O bildirib ki, yay aylarına su ehtiyatını qorumaq üçün içməli su fasilələrlə verilməyə başlanıb.
A. Cəbrayıllının sözlərinə görə, suyun fasilələrlə verilişi xüsusilə Bakıətrafı qəsəbələri, kəndləri, yeni massivləri əhatə edir.
Ölkə ərazisində suyun fasilələrlə verilməsi su çənlərinə də tələbat yaradır. “Bəs onda bir neçə il əvvəl binaların damlarındakı çənləri niyə sökdülər” sualına isə “Azərsu” sözçüsü cavab olaraq deyib ki, çəndən istifadə qadağan deyil.
Bildirilib ki, vətəndaşlar istər evin içərisində, sanuzellərdə, yaxud binanın damlarında su çənlərini bərpa edib istifadə edə bilərlər.
Ətraflı videomaterialı təqdim edirik: