Saqqız çeynəmək üzə zərərlidir

Araşdırmalara görə, insan çeynəmə əzələlərini normalda yemək yeyərkən, danışarkən, stress – əsəb zamanı dişlərimizi qıcıyarkən spazmaya uğradır.

Saqqız çeynəyərkən biz heç bir səbəb olmadan çeynəmə əzələlərini spazma məruz qoyuruq.

Bu da hər dəfə təkrarlanınca üz cizgilərimizə təsir göstərər, üz şəkilmizi dəyişdirə bilir. Yəni yanaqlarımızı misal götürək. Çənə əzələmiz spazma məruz qaldıqda yanaqlarımız tədricən təbii formasını dəyişir.

Digər tərəfdən, mədə şirəsinin daha çox ifrazına gətirib çıxardır.

Bildiyimiz kimi, mədə şirəsinin tərkibində fermentlər, xlorid turşusu, seliyəbənzər maddələr var ki, əsasən həzm prosesində böyük rol oynayır. Çünki qismən həzm olunmuş qida mədədən onikibarmaq bağırsağa keçir. Mədə soldan dalağa, yuxarıdan diafraqmaya, sağdan qaraciyərə, aşağıdan köndələn çənbərbağırsağa və arxadan mədəaltı vəziyə söykənir. Mədədə zülallar və qismən yağlar həzm olunur. Qida ilə mədəyə daxil olmuş mikroblar xlorid turşusunun təsirindən tələf olur. Saqqız bu prosesdə mədəni aldatmış olur.

Saqqız ceynəmə əzələlərinin spazmasına səbəb olduqca, həm üz, həm daxili problemlərin yaranmasına gətirib çıxardacaq. \\Medicina.az