Memar Əcəmi stansiyasında vətəndaş qatarın altına düşdü

Dunyaxeber.irg un əldə etdiyi məlumata görə Memar Əcəmi stansiyasında vətəndaş qatarın altına düşdü

Bu barədə video sosial şəbəkələrdə yayılıb. Onun intihar etdiyi, yoxsa yıxıldığı barədə dəqiq bilgi yoxdur.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Qatarların intervalında fasilə yaranıb. Hadisəylə bağlı yeni xəbər veriləcək.

14:10

Yeni

Stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb. Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib.

Məlumata görə, dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

@dunyaxeber.org