Əməkdar mədəniyyət işçisi Oktay Əliyev qəza nəticəsndə dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli:

Dunyaxeber.org un əldə etdiyi məlumata görə mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən Oqtay Əliyev özünü pis hiss edib.

Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb.

O.Əliyevin hadisə yerində öldüyü məlum olub.