Daşkənddə konsert zamanı səhnədə “Əzizəni gözləyərkən” kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat etmiş Vaqif Mustafazadənin doğum günüdür.

Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi və yeni caz fikrinin təsisçisi Vaqif Əziz oğlu Mustafazadənin doğum günüdür .Vaqif Mustafazadə 16 mart 1940-ci ildə Bakı şəhərində  anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi.1963-cü ildə  Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına  daxil olmuşdur.O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olmuşdur.
1979-cu ildə Monakoda caz festivalı keçirilir  və bu festivaldan vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.
O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.O, 16 dekabr 1979-cu ildə  Daşkənddə konsert zamanı səhnədə “Əzizəni gözləyərkən” kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.Ölümündən 44il keçməsinə baxmayaraq hələ də əsərləri yaşayır və sevilir .1000-ə yaxın kompozisiyanın müəllifi olan Vaqif Mustafazadə məktəbini oyrənməyə çalışan və bu dəsti xətlə davam etməyə çalışan gənclərimiz çoxdur. O məktəbin layiqli davamçılarından biri olan gənc peşəkar ,öz üzərində daim çalışan, ruhu onun musiqiləriylə qidalanan bir çox müsabiqələr ,festivallar iştirakçısi olmuş Azərbaycan Cazını dünyanın bir çox ölkələrində konsertlərə dəvət alaraq tanıdan gənc Caz Pianoçu ,Bəstəkar ,Aranjımançı Vasif Hüseyinlidir.  Vasif Hüseyinlinin ifasında Mart kompozisiyasını sizə təqdim edirik.

 

Dunyaxeber.org Şəbnəm Turan